Türkiyənin Konya vilayətində üçmərtəbəli bina uçub.
Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə Səlçuqlu rayonunda qeydə alınıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Öz növbəsində, DHA agentliyi iki nəfərin xilas edildiyini, lakin daha bir neçə nəfərin dağıntılar altında ola biləcəyini bildirib.
Konya valisi İbrahim Akın isə vurğulayıb ki, binada 5 nəfərin olması barədə məlumatlar mövcuddur: “Digər mənzillərdə sakinlərin olub-olmaması ilə bağlı araşdırma aparılır”.
Hazırda axtarış tədbirləri davam etdirilir.