ABŞ Konqresinin Senatı Pit Hegseti ölkənin müdafiə naziri postuna təsdiqləyib.
KONKRET.az xəbər verir ki, yuxarı palatada Hegsetin namizədliyi senatorlar arasında bərabər səs topladığından ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens səsvermə hüququndan istifadə edib.
ABŞ Konstitusiyasına əsasən, o, Konqresin yuxarı palatasına rəhbərlik edir.
Qeyd edək ki, 44 yaşlı Hegset ABŞ Silahlı Qüvvələrinin veteranı, döyüş fəaliyyətlərinin iştirakçısıdır və Quru Qoşunlarının mayoru rütbəsinə malikdir. O, bununla yanaşı, 8 il “Fox News” telekanalında aparıcı işləyib.