ABŞ Senatı Heqseti Pentaqon rəhbəri vəzifəsinə təsdiq etdi
ABŞ Senatı cümə günü Pit Heqseti müdafiə naziri vəzifəsinə təsdiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Bu namizədlə bağlı yuxarı palatada səslər bərabər bölündüyü üçün (50 səsə qarşı 50 səs) ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens səsvermə hüququndan istifadə edib.
ABŞ Konstitusiyasına görə o, Konqresin yuxarı palatasına rəhbərlik edir.