AZ

Marko Rubio elan etdi – ABŞ xarici yardım proqramlarını 90 gün müddətinə dayandırır

Ukrayna müharibəsinin əsas ilhamvericisi ABŞ siyasi kursunu dəyişə bilər. Bayden dövründə Ukraynaya hər cür hərbi yardım edən Amerika Trampın gəlişindən sonra fərqli mövqe tutur. Beynəlxalq İnkişaf Agentliyi (USAID) ABŞ dövlət katibi Marko Rubionun bütün xarici yardım proqramlarının 90 gün müddətinə dayandırılması barədə göstərişindən sonra Ukraynaya yardım proqramını dondurub.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. USAID 2022-ci il fevralın 24-dən Ukraynaya birbaşa büdcə dəstəyi olaraq 30 milyard dollar ödəməliydi. ABŞ dövlət katibi Marko Rubio Ukrayna da daxil olmaqla, bütün xarici yardım proqramlarının maliyyələşdirilməsinin 90 gün müddətinə dərhal dayandırılması barədə göstəriş verib. Ancaq bəzi istisnalar da var. İsrail və Misir ABŞ-dən hərbi yardım almağa davam edəcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
11
22
konkret.az

10Mənbələr