Ərik mürəbbəsi təkcə ləzzətli bir şirinlik deyil, həm də sağlamlıq üçün çox faydalıdır.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, tərkibindəki yüksək lif bağırsaq hərəkətlərini asanlaşdıraraq qəbizlik problemi olanlar üçün təbii bir həll təqdim edir. Kaliumla zəngin olduğu üçün ürək sağlamlığını dəstəkləyir və bədəndəki toksinlərin atılmasına kömək edir. Mürəbbədəki antioksidantlar dəri sağlamlığını qoruyur və immuniteti gücləndirir.
Ərik mürəbbəsi qatqısız və təbii olduğu üçün kimyəvi işlətmə vasitələrindən çəkinənlər üçün əla alternativdir. Səhər yeməyində bir neçə qaşıq mürəbbə və ya qatıqla qarışdırılaraq istifadəsi həzmi daha da yaxşılaşdıra bilər. Evdə ərikləri şəkər və limon suyu ilə qaynadaraq hazırlanan mürəbbə həm sağlam, həm də təhlükəsizdir. Müntəzəm olaraq istehlak edildikdə, bu mürəbbə həzm sistemini dəstəkləyərək bağırsaqları aktiv saxlayır və ümumi sağlamlığa töhfə verir.
Tərcümə: Könül Oruc