AZ

Böyrək daşlarını çat-çat parçalayır: Öd kisəsi və böyrəklərdəki toksinləri süzgəc kimi təmizləyir

Böyrək daşlarını çat-çat parçalayır:

Dağdağan suyu, böyrək və öd kisəsi sağlamlığını dəstəkləyən təbii bir vasitə kimi tanınır. Onun tərkibindəki turşu birləşmələri və minerallar böyrək daşlarını parçalayaraq bədəndən asanlıqla xaric edilməsini təmin edir.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, bu su, həmçinin böyrəklərin filtrasiya funksiyasını artıraraq toksinlərin bədəndən çıxarılmasına kömək edir. Tərkibindəki kalium, maqnezium və kalsium mineralları elektrolit balansını qoruyaraq daş əmələ gəlməsinin qarşısını alır.

Dağdağan suyu öd kisəsinin fəaliyyətini dəstəkləyir və ödün düzgün istehsalı ilə bədəndən toksinlərin təmizlənməsinə yardım edir. Öd kisəsində yığılan daşları əridərək həzm sisteminin işini yaxşılaşdırır və qaraciyərin yükünü azaldır. Həm böyrəklərdə, həm də öd kisəsində daşların yaranmasını önləyən bu su, tıxanmaların aradan qaldırılmasına və uzunmüddətli sağlamlığın qorunmasına kömək edir.

Bu suyu hazırlamaq üçün bir çay qaşığı dağdağan kökünü qaynadıb gündə bir və ya iki stəkan istehlak etmək kifayətdir. Onun müntəzəm istifadəsi bağırsaq fəaliyyətini dəstəkləyir, immuniteti gücləndirir və bədənə ümumi detoksifikasiya təsiri göstərir.

Lakin sağlamlıqla bağlı hər hansı problemi olan şəxslər, istifadədən əvvəl həkimlə məsləhətləşməlidir. Balanslı şəkildə istifadə edilən dağdağan suyu, sağlamlığınızı dəstəkləyən təbii və faydalı bir seçim ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
37
22
e-saglam.az

10Mənbələr