AZ

TƏBİB Şəmkirdə 5 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində beş nəfərin öülümü ilə nəticələnən qəza hadisəsi baş verib.

TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-də saat 00:05 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan bir nəfər (kişi cinsli) hospitalizasiya olunub: "1996-cı il təvəllüdlü şəxsə burunun, alının və təpə nahiyəsinin, hər iki əlin üst səthinin sıyrılmış yarası diaqnozu qoyulub. Zəruri ilkin tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. 5 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb".

Qeyd edək ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev Qazax rayonu istiqatində hərəkətdə olarkən əks hərəkət daxil olub qarşıdan gələn, Şəmkir rayon sakini 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobil ilə toqquşması nəticəsində VAZ 2106-nın sürücü və həmin avtomobildə olan sərnişinlər vəfat edib. Hadisə nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Elçin Orucov xəstəxanaya yerləşdirililmişdi.


Müəllif: Teleqraf.com
Seçilən
10
50
teleqraf.com

10Mənbələr