Birləşmiş Millətlər Təşkilatının Humanitar məsələlərin əlqələndirilməsi idarəsi (OCHA) Fövqəladə Vəziyyətlərə Reaksiya Mərkəzi Fonduna (CERF) verdikləri töhfələrə görə Azərbaycana minnətdarlıq ifadə edib.
Day.Az xəbər verir ki, bu barədə təşkilatın "X" səhifəsindəki paylaşımda deyilir.
"OCHA Azərbaycana təşəkkür edir. Sizin BMT CERF-ə verdiyiniz səxavətli və çevik töhfələr bütün dünyada, ələlxüsus da iqlim böhranları şəraitində humanitar yardıma ehtiyacı olan milyonlarla insana kömək olur. Birlikdə biz bəşəriyyətə investisiya qoyuruq", - deyə paylaşımda bildirilir.