Olaylar.az xəbər verir ki, bu barədə təşkilatın "X" səhifəsindəki paylaşımda deyilir.
"OCHA Azərbaycana təşəkkür edir. Sizin BMT CERF-ə verdiyiniz səxavətli və çevik töhfələr bütün dünyada, ələlxüsus da iqlim böhranları şəraitində humanitar yardıma ehtiyacı olan milyonlarla insana kömək olur. Birlikdə biz bəşəriyyətə investisiya qoyuruq", - deyə paylaşımda bildirilir.
Bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Azərbaycan Fonda illik əsasda ianələr edir.
"Azərbaycan dünyanın fərqli bölgələrində baş verən humanitar fəlakətlərin aradan qaldırılmasına UNCERF vasitəsilə dəstək göstərmək üçün Fonda illik əsasda ianələr edir", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31