“Mançester Yunayted”in ingilis keçmiş qapıçısı Devid Qaskell yanvar ayının 24-də 85 yaşında ikən dünyasını dəyişib.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi sayıtna istinadən məlumat verir:
“David Qaskell özündən sonra təkcə görkəmli bir idman irsini deyil, həm də xeyirxahlıq, əmək və təvazökarlığa sədaqət nümunəsini geridə qoydu. Biz, Qaskell üçün həqiqətən darıxacaq, amma Devidi, onu tanımaq şərəfinə nail olmuş hər kəsi isti bir surətdə xatırlayacaq”, – “qırmızı şeytanlar”ın rəsmi bəyanatında deyilir.
Devid Qaskell “Mançester Yunayted” tarixinin ən gənc oyunçusudur. Qaskelin debütü 1956-cı ilin oktyabrın 24-də, qapıçı 16 yaş 19 günlüyündə ikən “Mançester Siti” ilə İngiltərə Super Kubokunun oyununa təsadüf edib. Həmin oyunda “qırmızı şeytanlar”ın əsas qapıçısı Rey Vud zədələnmiş, onu əvəz etmiş Devid Qaskell isə qapısını fədakarlıqla qoruyaraq, “Mançester Yunayted”in, əzəili rəqibi “Mançester Siti” üzərində 1:0 hesablı qələbəsinə töhfəsini vermişdi.
Ümumilikdə Devid Qaskell “qırmızı şeytanlar”ın heyətində 115 oyun keçirib. O, bu oyunlarda 208 qol buraxıb, 18 oyunda qapısını toxunulmaz saxalyıb.
Qaskell “Mançester Yunayted”lə İngiltərə Kubokunun, İngiltərə Super Kubokunun (2 dəfə) və İngiltərə çempionatının (2 dəfə) qalibi olub.