"Çörəyi isti-isti mədəsində narahatlıq olan, maddələr mübadiləsi zəif olan, həzm sistemində problem yaşayan insanlar qəbul etməsə, daha yaxşı olar. Çünki isti çörəyi birbaşa qəbul etdikdə həmin insanlarda həzm problemləri ortaya çıxa bilər. Çətin həzm edə bilərlər ki, bu da onların mədəsində şişkinliyə gətirib çıxarar. İsti çörəyin tərkibində su buxarı və qızdırılmış maddələr daha çoxdur deyə dərhal yeyildikdə narahatlıq yarada bilir".Mütəxəssis deyib ki, çörəyi soyudaraq qəbul etmək, onun həm dadını daha yaxşı hiss etməyə, həm də mədənin daha rahat həzm etməsinə səbəb olur:"Çörəklər növünə görə dəyişir və əgər xəmiri daha qalın, yaxşı bişirilmiş deyilsə, bunu da isti-isti qəbul etdikdə birbaşa olaraq həzm problemləri ilə nəticələnə bilər. Əks halda çörəyin isti şəkildə qəbul olunmasının, xüsusilə də keyfiyyətli şəkildə hazırlanıbsa, ciddi fəsadı yoxdur".
Sevinc İbrahimzadə / Metbuat.az