İsti çörəyin orqanizmə təsiri barədəmüxtəlif fikirlər var. İnsanların əksəriyyəti isti çörək yeməyi çox sevir, amma mütəxəssislər bu məsələyə daha diqqətli yanaşmağı tövsiyə edirlər. Görəsən, isti çörək həqiqətən də orqanizm üçün ziyanlıdır?
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova BEY.AZ“>BEY.AZ-a açıqlamasında bildirib ki, əgər çörək tam buğda unundan hazırlanıbsa, tərkibində çoxlu liflər, vitamin və minerallar varsa,həmçinin keyfiyyətli şəkildə bişirilibsə, bu zaman onun isti və yaxud soyuqqəbul edilməsinin orqanizm üçün hansısa birbaşa təsiriyoxdur:
“Çörəyi isti-isti mədəsində narahatlıq olan, maddələr mübadiləsi zəif olan, həzm sistemində problem yaşayan insanlar qəbul etməsə, daha yaxşı olar. Çünki isti çörəyi birbaşa qəbul etdikdə həmin insanlarda həzm problemləri ortaya çıxa bilər. Çətin həzm edə bilərlər ki, bu da onların mədəsindəşişkinliyə gətirib çıxarar. İsti çörəyin tərkibində su buxarı və qızdırılmış maddələr daha çoxdur deyə dərhal yeyildikdə narahatlıq yarada bilir”.
Mütəxəssis deyib ki, çörəyi soyudaraq qəbul etmək, onun həm dadını daha yaxşı hiss etməyə, həm də mədənin daha rahat həzm etməsinə səbəb olur:
“Çörəklər növünə görə dəyişir və əgər xəmiri daha qalın, yaxşı bişirilmiş deyilsə, bunu da isti-isti qəbul etdikdə birbaşa olaraqhəzm problemləri ilə nəticələnə bilər. Əks halda çörəyin isti şəkildə qəbul olunmasının, xüsusilə də keyfiyyətli şəkildə hazırlanıbsa,ciddi fəsadı yoxdur”.
Sevinc İbrahimzadə / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.