HAMAS daha dörd israilli girovnu azad edib. Bu, 2023-cü ilin oktyabr ayında qrup tərəfindən ələ keçirilən girovların, Qəzza bölgəsində atəşkəs sazişi çərçivəsində fələstinli məhbuslarla dəyişdirilməsi əsasında baş verən ikinci girov mübadiləsidir.Bazar günü səhər saatlarında hərbçi qadınlar Karina Ariev (20 yaş), Daniella Gilboa (20 yaş), Naama Levi (20 yaş) və Liri Albag (19 yaş) azad edilib. Onlar 7 oktyabr 2023-cü ildə Qəzza yaxınlığında HAMAS silahlıları tərəfindən ələ keçirilmişdilər.AFP xəbər agentliyi, Fələstin mənbələrinə istinadən, İsrailin buna cavab olaraq 200 fələstinli məhbusu azad etdiyini bildirir.Ariev, Gilboa, Levi və Albag, Qəzza sərhədində yerləşən hərbi kəşfiyyat bölməsinin tərkibində idilər. Dördü də HAMAS silahlıları tərəfindən Nahal-Oz hərbi bazasına hücum zamanı ələ keçirilmişdi. Qızlar 477 gün girovluqda qaliblar.Səidə
Diqqət Çəkənlər
GnS Economics: Trampın ilk 100 günündə Ukraynada eskalasiya gözlənilir
Mark Rütte: Putin Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxmaq haqqına malik deyil
Fransa gömrükçüləri "Viagra" tipli dərmanla qarışdırılmış rekord həcmdə bal müsadirə ediblər