İsrail razılaşmaya əsasən 200 fələstinlinin azad edildiyini təsdiqlədi
İsrail Həbsxana Xidməti təsdiqləyib ki, Qəzza zolağında saxlanılan dörd israilli qadın girov bu səhər İsrailə təhvil verildikdən sonra Ofer və Ketziot həbsxanalarından 200 fələstinli məhbus azad edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Həbsxana xidmətindən verilən açıqlamaya görə, Ofer həbsxanasından azad edilən bütün məhbuslar İordan çayının qərb sahilindəki Fələstin ərazilərinə göndərilib.
Ketziot həbsxanasından məhbuslar isə İsrailin Qəzza zolağı ilə sərhədində, Misirlə sərhəd keçid məntəqəsinin yaxınlığında yerləşən Kerem Şalom keçidinə göndərilib.