AZ

Keçmiş məcburi köçkünlərin statusu dəyişəcək?

İşğaldan azad edilmiş ərazilərdə qeydiyyatda olan keçmiş məcburi köçkünlərin statusu mərhələli şəkildə ləğv olunacaq.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, keçmiş məcburi köçkünlərin sosial statusu xitam verildikdən sonra dövlət büdcəsindən onlar üçün ayrılan aylıq müavinətin ödənişi dayandırılacaq.

Bunun müqabilində isə keçmiş məcburi köçkünlərin yaşadıqları evlər daimi olaraq onların ixtiyarına veriləcək. Qarabağa qayıtmaq istəyən şəxslər hazırda yaşadıqları mənzilləri təhvil verəndən sonra orada evlə və torpaq sahəsi ilə təmin olunacaq. 3 il müddətində dövlətdən adambaşına ayda 60 manat müavinət alacaqlar.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov danışıb. Bildirib ki,  keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik edilməsi ilə bağlı olan məlumatlar yalandır, həqiqəti əks etdirmir.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məsələ barəsində yaxın günlərdə açıqlama veriləcək.  Komitədə keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı maarifləndirmə və məlumatlandırma tədbirləri davam etdirilir. Tədbirlərdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri müzakirə olunur. Vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı haqqında hazırlanmış videoçarx məcburi köçkünlərə təqdim edilib.

Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq,

Dövlət Komitəsinin aidiyyəti şöbə, yerli nümayəndəlikləri və Mənzil-Kommunal  İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir. Sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.

Seçilən
4
14
azpost.info

10Mənbələr