AZ

İcra Hakimiyyəti ilə keçmiş işçisi arasında qalmaqal

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş işçisi Amid Hüseynzadə qurumu məhkəməyə verib.

Yenisabah.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Amid Hüseynzadə bir müddət əvvəl işdən çıxarılıb. Lakin o rəhbərliyin qərarı ilə razılaşmayaraq işə bərpa tələbi ilə məhkəməyə üz tutub.

Amid Hüseynzadənin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılır. Mayın 13-nə iş üzrə şifahi məhkəmə baxış iclası təyin edilib.

İslas hakim Leyla Əliyevanın sədrliyi ilə keçiriləcək.


Telegram kanalımız
Seçilən
1
50
yenisabah.az

10Mənbələr