AZ

Kurskla bağlı dəhşətli statistika: 55 minə yaxın ukraynalı ölüb

Kursk istiqamətində hərbi əməliyyatlar başlayandan Ukrayna Silahlı Qüvvələri xeyli itki verib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna 54 820-dən çox hərbçisi, 319 tankı, 237 piyada döyüş maşını və 183 zirehli transportyorunu itirib. İtkilərə həmçinin 1622 zirehli döyüş maşını, 1629 avtomobil, 389 artilleriya qurğusu və 13 HIMARS və altı ABŞ istehsalı MLRS daxil olmaqla 44 reaktiv yaylım atəşi sistemi daxildir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
14
5
news365.az

10Mənbələr