AZ

Paşinyanın yeni "cadu nəzəriyəsi" işıq üzü gördü

Paşinyanın yeni “cadu nəzəriyyəsi” var...

Azərbaycanı Bakının gələcəkdə edə biləcəyinə görə suçlamaq ancaq Paşinyanın ağlına gələ bilərdi:))

Kəşfiyyat məlumatları?! Kimdən?! İl yarım əvvəl yaradılan Ermənistan Xarici Kəşfiyyat Xidmətindən?! Yaxud Azərbaycanda agent şəbəkəsini itirən fransızlardan?!

Bəs indi Paşinyanın, istehza obyekti və lətifə qəhrəmanına çevrilmiş “Komitet 27”dən olan, Vladimir Poqosyandan nə fərqi var...

Paşinyan ona görə əsəbidir ki, Ermənistan və Paşinyanın özü haqqında həqiqətlər Azərbaycan məhkəməsində sübuta yetiriləcək... və o, əsassız əsəbi deyil...

Ermənistan işğalçı ölkədir və cəzasını almalıdır! Ermənistanın xarici havadarları Ermənistanın cinayətlərinə göz yumdular və müharibədən sonrakı dövrdə ermənistanameyilli mövqe tutdular ki, bu da həm azərbaycanlılar, həm də ermənilər arasında daha böyük itkilərə səbəb oldu.

Azərbaycanın beynəlxalq məhkəmələrdə qarşılaşdığı həyasızlıq, Bakını ədaləti  öz yurisdiksiyasında təmin etməyə məcbur edir.

Sadəcə mənə maraqlıdır, görəsən, beynəlxalq media, siyasətçilər və fəallar Paşinyanın psixotrop dərmanlarla bağlı tezisini təkrarlayacaqlarmı?! Yoxlayaq görək, bir bezin qırağı olan ermənisevərlər və azərbaycanofobların başları nə qədər xarab olub.

Seçilən
4
50
anspress.com

10Mənbələr