AZ

“Nürnberq”in bugünkü oyununda Mahir Emreli yoxdur - SƏBƏB

Almaniya 2-ci bundesliqasında 19-cu turun oyunları keçirilir.
 
Moderator.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” bu gün səfərdə “Şalke 04”ün qonağı olur.
 
Bakı vaxtı ilə saat 16:00-da başlayan matçda Mahir iştirak etmir.
 
Buna səbəb onun ötən tur “Karlsrue” ilə matçda sarı vərəqə almasıdır.  Bu, onun cari mövsümdə 5-ci sarı vərəqəsi olub. Cəzalı duruma düşən 27 yaşlı futbolçu “Şalke 04” ilə oyunu buraxmalı olub.
 
Qeyd edək ki, Emreli bu mövsüm “Nürnberq”lə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 4 qol vurub və 1 qol ötürməsi edib. 
 
Seçilən
8
13
moderator.az

8Mənbələr