Bakı. Trend:
Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları davamedir.
Trend xəbər verirki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin çıxışetdiyi "Nürnberq" səfərdə "Şalke" ilə qarşılaşıb. Oyun ev sahibikomandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mahir Emreli bu qarşılaşmada iştirak etməyib. 27 yaşlı hücumçucəzalı vəziyyətdə olduğu üçün oyunu buraxmalı olub.
Hazırda "Nürnberq" 19 turdan sonra topladığı 25 xalla turnircədvəlinin 12-ci pilləsində yer alır.