Rusiya ilə birbaşa danışıqlara qoyulan qadağa Ukraynada separatizmi dayandırdı.
Teleqraf.com xəbər verir ki, bunu ölkə prezidenti Volodimir Zelenski deyib.
Siyasətçinin sözlərinə görə, qadağadan əvvəl Ukrayna, Aİ və ABŞ deputatları vasitəsilə Ukraynanın müstəqilliyinə təsir edə biləcək “kölgə danışıqlar dəhlizi” var idi.
“Mən sadəcə olaraq ölkəmizdə separatizmi dayandırdım. Müharibə boyu Ukraynada kiməsə, istənilən siyasi xadimə Rusiya tərəfi ilə, Putinin tərəfdarları ilə hər hansı danışıqlar aparmağı qadağan etmişəm”, - deyə Zelenski qeyd edib.
O vurğulayıb ki, ölkə prezidenti kimi istənilən danışıqların rəhbəri özü olmalıdır.
Müəllif: Arzu