AZ

Zelenski Rusiya ilə danışıqları niyə qadağan etmişdi?

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə danışıqları qadağan edən fərmanının imzalandığı anın şəraiti ilə diktə edildiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə danışan Zelenski yenə də Rusiya ilə danışıqlara hazır olduğunu deyib.

“Bu fərmanı niyə imzaladığıma gəlincə, çoxlu kölgəli siyasi proseslər gedirdi, bizim deputat korpusumuz, avropalı deputatlar, ABŞ da iştirak edirdi. Mən də Rusiya ilə danışıqlar aparmağı qadağan etdim”, - Zelenski qeyd edib.

O əlavə edib ki, sülh danışıqlarının hansı formatda olacağını bilmir, lakin orada Ukrayna, ABŞ, Avropa və Rusiya tərəfinin iştirak edəcəyinə inanır.

Seçilən
5
50
axar.az

10Mənbələr