"Mənim üçün maraqlı oyun oldu. Yaxşı mübarizə apardıq"
İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Səbail"lə oyundan sonra keçirilən mətbuat kofransında deyib.
O, Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Səbail" məğlubiyyəti şərh edib: "Əslində, uduzulacaq oyun deyildi. Təəssüflər olsun ki, yaratdığımız qol epizodlarından yararlana bilmədik. Üzücü tərəfi budur. İrəliyə baxmaq lazımdır. Qarşıda 16 tur var. Mübarizə davam edəcək".
Qeyd edək ki, "Kəpəz" 0:1 hesabı ilə uduzaraq, sonuncu pilləyə enib.
İdman.biz