"Football-plus.az" xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında açıqlama verib:
"Maraqlı oyun oldu, yaxşı mübarizə apardıq. Əslində məğlub olası oyun deyildi. Təəssüf ki, yaratdığımız qol fürsətlərindən yararlana bilmədik. Önümüzə baxmalıyıq. Hələ qarşıda 16 oyun var, davam edəcəyik".