AZ

"Azərbaycanın Davos platformasında yeri və rolu güclüdür" - Mübariz Qurbanlı

Hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu dövlət və hökümət başçılarının, dünyanın tanınmış şirkətlərinin rəhbərlərinin iştirakı ilə dünyada aktuallıq kəsb edən məsələlərin müzakirə edildiyi çox mühüm qlobal platformadır. Davos Forumunda çoxsaylı siyasətçilərin, iş adamlarının, qeyri-hökumət təşkilatlarının iştirakı ona olan yüksək beynəlxalq maraqdan xəbər verir.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib.

Mübariz Qurbanlının sözlərinə görə, Azərbaycan Respublikası da Davos İqtisadi Forumda yaxından iştirak edərək, onun işinə öz töhfələrini verir:

“Azərbaycan Prezidenti kimi ilk dəfə Ümummilli Lider Heydər Əliyev bu Forumda iştirak etmək üçün 30 il əvvəl, 1995-ci ilin yanvar ayında Davosda işgüzar səfərdə olub. O zaman Azərbaycanın Forumda ilk dəfə iştirakı münasibətilə tədbir çərçivəsində respublikamıza həsr olunan görüş keçirilib. Həmin görüşdə Heydər Əliyev ölkəmiz haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Ulu Öndər Heydər Əliyev ‎Azərbaycanın karbohidrogen ehtiyatlarla zəngin olduğunu və bu ‎resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında ‎istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edib”.

Mübariz Qurbanlı qeyd edib ki, Prezident İlham Əliyev də Davos Forumunda mütəmadi iştirak edir. Cənab İlham Əliyevin xarici dövlət və hökumət başçıları, o cümlədən tanınmış biznes və maliyyə mərkəzlərinin təmsilçiləri ilə görüşləri Azərbaycanın xarici siyasi və iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən xarici sərmayələrin ölkəmizə cəlb edilməsi baxımından mühüm aktuallıq kəsb edir. Bu görüşlərdə Azərbaycanın iqtisadi xarakterli maraqlarının təmin edilməsi istiqamətində müxtəlif şərtlər çərçivəsində sazişlərin, niyyət protokollarının imzalanmasının əsası qoyulur.

Seçilən
26
50
aznews.az

10Mənbələr