1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, lider "Liverpul" autsayder "İpsviç"i qəbul edib.
Mersisayd klubu qonaqları 4 dəfə meydanın mərkəzinə dəvət edib, öz qapısında isə cəmi 1 qol görüb - 4:1. Qakpo dubla imza atıb.
Turun digər qarşılaşmasında London "Arsenal"ı səfərdə "Vulverhempton"la üz-üzə gəlib.
"Topçular" matçın 43-cü dəqiqəsində azlıqda qalsalar da, 70-ci dəqiqədə komandalardakı futbolçuların sayı bərabərləşib.
Yalnız bundan sonra qonaqlar fərqlənməyi bacarıblar. Komandaya 3 xalı qazandıran yeganə qolu Kalafyori vurub - 0:1.
Hazırda "Liverpul" 53 xalla turnir cədvəlində liderliyini qoruyur. Ondan bir oyun daha çox keçirən "Arsenal" isə 47 xalla 2-ci pillədə qərarlaşıb. "Vulverhempton" və "İpsviç" isə hərəyə 16 xalla müvafiq olaraq 17 və 18-ci yerləri tuturlar.