AZ

“Şamaxı” işini çətinləşdirdi…

Ötən gün “Şamaxı” doğma azarkeşlər önündə “Zirə”yə (1:2) məğlub oldu.
Qarşılaşmaya daha fəal başlayan Ayxan Abbasovun yetirmələri hesabı açmağı bacarsa da bunu qoruyub-saxlaya bilmədi.

“Zirə”yə gəlincə, qəsəbə təmsilçisi səfər matçından vacib 3 xalla dönərək, ilk “3-lük”dəki yerini daha da bərkitdi.
“Şirlər” mövsümün ikinci yarısında ardıcıl 2-ci məğlubiyyətini almaqla işlərini daha da çətinə saldı. Xüsusən də hər iki matçda (həm “Qarabağ, həm də “Zirə”) rəqiblə başabaş mübarizə Abbasovun komandası fərdi oyunçu keyfiyyətinə görə uduzdu. Belajdi Pusi və Arsen Ağcabəyov kimi futbolçuların boş “çərçivə”yə düşə bilməməsi də bunu göstərdi. Şamaxı təmsilçisinin böyük səs-küyə səbəb olan tanzaniyalı transferi Alfons Msanqa isə oyun baxımından digər komanda yoldaşlarından fərqlənmədi. Onun əvəzinə, transferi normal qarşılanan braziliyalı Maykl Tuik ləng tərpənişləriylə yadda qaldı.

“Qartallar”ın qarşılaşmaya yaxşı start verməməsi isə futbolçuların meydançada bir-biriylə anlaşmada çətinlik çəkdiyinə görə idi. Elə bunun nəticəsiydi ki, matçın 36-cı dəqiqəsində Sadıqov Yusif Lavalı meydandan çıxarıb, onu Ceyhun Nuriyevlə əvəzlədi.

Mövsümün ikinci yarısındakı gedişata görə “Şamaxı” elitada qalmaq üçün əziyyət çəkməli olacaq. Həmçinin avrokuboklara vəsiqə qazanmaq istəyən “Zirə” üçün də qarşıya qoyulmuş hədəfin asan olmayacağını göstərir.

Mirkamal Kazım

Seçilən
2
10
futbolpress.az

10Mənbələr