Bakı. Trend:
Belarusda 2025-ci il prezident seçkilərində vaxtından əvvəlsəsverməyə seçicilərin 41,81 faizi qatılıb.
Trend-inməlumatına görə, Belarus Mərkəzi Seçki Komissiyası bu barədəaçıqlama yayıb. Ən yüksək seçici aktivliyi Brest vilayətindəmüşahidə edilib, burada seçicilərin 41,99 faizi səsvermədə iştirakedib. Paytaxt Minskdə isə bu göstərici 41,14 faiz olub.
Prezident seçkilərinin vaxtından əvvəl səsverməsi 2025-ci ilyanvarın 21-dən 25-dək keçirilib. Yanvarın 26-da əsas seçki günüolacaq və səsvermə saat 8:00-dan 20:00-dək davam edəcək.
Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Onlar:hazırkı Prezident Aleksandr Lukaşenko, bitərəf Anna Kanopatskaya,Liberal Demokrat Partiyasından Oleq Qaydukeviç, Belarus KommunistPartiyasından Sergey Sırankov və Respublika Əmək və ƏdalətPartiyasından Aleksandr Xijnyakdır.