AZ

Belarusda seçki: Lukaşenko 87.6 faiz səslə qalib gəlib - Bəs o biri namizədlər nə qədər səs toplayıb?

Belarusda prezident seçkilərinin ilkin nəticəsi elan olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Belarus dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, Aleksandr Lukaşenko 87,6 faiz səslə qalib gəlib: "Hazırkı prezident Aleksandr Lukaşenko 87,6 faiz, Belarus Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov 2,7 faiz, Belarus Liberal Demokrat Partiyasının lideri Oleq Qaydukeviç 1,8 faiz, müstəqil namizəd iş qadını Anna Kanopatskaya 1.6 faiz, Ədalət və Əmək Respublika Partiyasının lideri Aleksandr Hijnyak isə 1,2 faiz səs toplayıb".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
27
50
mia.az

10Mənbələr