Ukraynanın müharibədə qələbəsi Belarusda hakimiyyət dəyişikliyi üçün fürsət pəncərələrindən biri ola bilər.
Axar.az xəbər verir ki, bunu Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya deyib.
"Birincisi, belə bir pəncərə Rusiya-Ukrayna müharibəsinin Kiyevin qələbəsi ilə başa çatması zamanı açılacaq. Buna görə də Ukraynaya qalib gəlmək üçün mümkün olan hər şeyi verməyin tərəfdarıyam. Danışıqlar zamanı isə onların güclü mövqeyi olmalıdır. Ukraynanın qələbəsi zəif Putin, zəif Lukaşenko deməkdir. O (Lukaşenko - red.), indi də çox zəifdir, yalnız Putinin dəstəyinə arxalanır",- o bildirib.
Tixanovskaya əlavə edib ki, daha bir fürsət pəncərəsi Lukaşenkonun səhhətində yaranacaq problemlərlə bağlı ola bilər.
Qeyd edək ki, ötən gün Belarusda prezident seçkisi keçirilib. Ekzit-pollun nəticəsinə görə, Lukaşenko 87,6% səslə qalib gəlib.