AZ

Türkiyə Superliqası: Komanda yoldaşını vuran oyunçu qırmızı vərəqə aldı

Türkiyə Superliqasının 21-ci həftəsində "Sivasspor" - "Kayserispor" matçı ev sahibi komandanın 5-2 üstünlüyü ilə yekunlaşıb.

"Haber Global" xəbər verir ki, oyunda nadir rast gəlinən hadisə yaşanıb. Belə ki, qonaq futbolçu Bahoken 23-cü dəqiqədə komanda yoldaşı Kardosoya sillə vurduğu üçün birbaşa qırmızı vərəqə alıb.

Futbolçular arasında mübahisə topu bölüşdürə bilmədikləri üçün baş verib. Komandasını azlıqda qoyan Bahoken "Kayserispor"un böyükhesablı məğlubiyyətinə şərait yaradıb.

https://t.me/oxuaze/122059

"Cebheinfo.az"

Seçilən
11
8
cebheinfo.az

10Mənbələr