AZ

Sinan Kaloğlu “Kayserispor”dan qovuldu

Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor”un baş məşqçisi Sinan Kaloğlu vəzifəsindən kənarlaşdırılıb.

Arena.az xəbər verir ki, bu barədə Kayseri klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Sinan Kaloğluna xidmətlərinə görə təşəkkür edən klub ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Kayserispor” Türkiyə Super Liqasının cari mövsümündə uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Komanda keçirdiyi 19 oyunda 16 xal qazanıb və 19 iştirakçı arasında 17-cidir. Kayseri təmsilçisi 19 oyunda 3 qələbə qazanıb, 7 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb.

Sinan Kaloğlu 2024-cü ilin oktyabr ayından “Kayserispor”a rəhbərlik edirdi. O, bu komandanı cəmi 13 oyuna çıxarıb. Kayseri təmsilçisi bu görüşlərdə cəmi 3 qələbə qələbə qazanıb, 3 heç-heçə edib, 7 məğlubiyyət görüb.

Kaloğlu daha öncə “Altay” və “Gənclərbirliyi”nə də rəhbərlik edib.

Seçilən
5
4
arena.az

10Mənbələr