AZ

Dünyanın ən böyük aysberqinin FOTOSU YAYILDI - 1 trilyon ton ağırlığındadır

Rusiyanın “Meteor-M” peyki Britaniyanın Cənubi Corciya adasına doğru hərəkət edən dünyanın ən böyük aysberqi "A23a"nın şəklini çəkib.

Azreform.info xəbər verir ki, şəkil "Roskosmos"un "Telegram" kanalında yayımlanıb.

“Son hesablamalara görə, "A23a" aysberqinin sahəsi 3672 kv km-dir. Demək olar ki, 1 trilyon ton ağırlığındadır”, - məlumatda qeyd olunur.

"Roskosmos" qeyd edib ki, buz nəhəngi Cənubi Okeanda sürüşməyə başlayıb və hazırda Atlantik okeanının cənubunda yerləşən Cənubi Corciya adasına doğru üzməkdədir.

Bundan əvvəl "A23a"nın Cənubi Corciya adasına düşərək parçalana biləcəyi bildirilmişdi. Aysberqin yaxınlaşması adadakı pinqvin və suiti populyasiyalarını təhdid edir, çünki onların qidaya çıxışını kəsə bilər. Həmçinin, buz blokunun adaya yaxınlığı dənizçilərin narahatlığına səbəb olur.

"A23a" 1986-cı ildə Filçner buzlaqından qoparaq ortaya çıxdıb. 2020-ci ilə qədər aysberq quruya oturub, lakin sonra şimala doğru hərəkət etməyə başlayıb. 2024-cü ildə dəniz tələsinə düşüb və dekabrda azad edilib. İndi o, yavaş-yavaş Cənubi Corciyaya doğru irəliləyir, ona təxminən 270 km qalıb.(publika.az)

Seçilən
4
3
azreform.info

10Mənbələr