AZ

"Roskosmos" dünyanın ən böyük aysberqinin fotosunu dərc edib

Rusiyanın Meteor-M peyki Britaniyanın Cənubi Corciya adasına doğru hərəkət edən dünyanın ən böyük aysberqi A23a-nı qeydə alıb.

Bu barədə "Roskosmos"ın Teleqram kanalında məlumat verilib.

Son məlumatlara görə, aysberqin sahəsi 3672 kv. km, çəkisi isə 1 trilyon tona çatır.

Aysberq 1986-cı ildə Filçner Buz Şelfindən qopub və uzun müddət Veddell dənizində qapalı vəziyyətdə qalıb. Arktika və Antarktika Tədqiqat İnstitutundan verilən məlumata görə, 2023-cü ilin noyabr ayının ortalarında o, ildə təqribən 1400 km məsafə qət edərək drift etməyə başlayıb və ərimə nəticəsində ərazisi 9% azalıb.

Buz nəhəngi Sankt-Peterburqdan təxminən iki dəfə böyükdür və Antarktik okeanında hərəkətini davam etdirir. 

Seçilən
2
7
marja.az

10Mənbələr