AZ

Avropa İttifaqının Ali nümayəndəsi Azərbaycana gələcək

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas regiona səfəri çərçivəsində Azərbaycana da səfər edəcək.

 

Bu barədə Trend-ə Brüsseldəki mənbə məlumat verib.

 

“Müvafiq nota Azərbaycan tərəfinə göndərilib”, - mənbə əlavə edib.

 

Azərbaycan Xarici İşlər Nazirliyi isə K.Kallasın səfəri ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.

 

Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş baş naziri Kaya Kallas Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borreli əvəz edib.

Seçilən
5
15
senzor.az

10Mənbələr