AZ

Kaya Kallas Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas regiona səfəri çərçivəsində Azərbaycana da gələcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Trend-ə Brüsseldəki mənbə məlumat verib.

“Müvafiq nota Azərbaycan tərəfinə göndərilib”, - mənbə əlavə edib.

Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borreli əvəz edib.


Telegram kanalımız
Seçilən
4
14
yenisabah.az

10Mənbələr