AZ

Rəsmi Bakı fransalı nazirin ittihamlarına cavab verdi


“Fransanın xarici işlər naziri Jan-Noel Barrotun Azərbaycanı xarici ərazilərə müdaxilədə ittiham etməsi Fransanın Yeni Kaledoniyanın yerli əhalisinin tələbləri qarşısında fəaliyyətsizliyini ört-basdır etmək cəhdidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə öz sosial şəbəkə hesabında yazıb.
“Məhz Fransa həmişə regional işlərə qarışıb, sülhün və sabitliyin bərpası istiqamətində Azərbaycanın apardığı prosesə xələl gətirməyə çalışıb.
Bakı Təşəbbüs Qrupu QHT olmaqla Fransanın müstəmləkəçilik siyasətini və xarici ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmaq məqsədi daşıyır. Bu cür qrupların əməyini ləkələmək cəhdləri müstəmləkəsizləşdirmə prosesinə xələl gətirir.
Ötən il güc tətbiqi nəticəsində azı 14 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər puç olduğunu nümayiş etdirir.
Üstəlik, Fransanın bir çox beynəlxalq təşkilatlardakı rolundan və resurslarından sui-istifadə edərək, neokolonial siyasətin əleyhinə təbliğat aparan beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərməsi mənasızdır və nəticə verməyəcək.
Seçilən
4
35
yeniavaz.com

10Mənbələr