AZ

Dağların xəzinəsidir: İltihabı qurudur, qan təzyiqini tarazlaşdırır, ürəyi və immuniteti gücləndirir

Dağların xəzinəsidir: İltihabı qurudur, qan təzyiqini tarazlaşdırır,

Türkiyənin bənzərsiz təbii sərvətlərindən biri olan dağ sarımsağı həm ləzzəti, həm də sağlamlıq baxımından saysız-hesabsız faydaları ilə diqqət çəkir. Tunceli dağlarında təbii şəkildə bitən bu endemik bitki immunitet sistemini gücləndirməkdən ürək sağlamlığını qorumağa, təzyiqi tarazlaşdırmaqdan iltihabı qurutmağa qədər bir çox sahədə orqanizmə dəstək olur. Dağ sarımsağı türk xalqı tərəfindən "dağların əfsanəvi otu" kimi tanınır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, dağ sarımsağı antioksidantlarla zəngindir və xəstəliklərə qarşı qoruyucu təsir göstərir. Onun qan təzyiqini tənzimləməsi, ürək xəstəliklərinin riskini azaltması və damar tıxanmasının qarşısını alması ürək-damar sağlamlığı üçün önəmlidir.

Həzm sisteminə faydalı olan dağ sarımsağı bağırsaq hərəkətlərini tənzimləyir və həzm problemlərinin qarşısını alır. İltihab əleyhinə xüsusiyyətləri ilə oynaqlarda ağrıları azaldır və revmatizm kimi xəstəliklərdə rahatlama təmin edir. Bəzi tədqiqatlar göstərir ki, dağ sarımsağı bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərə bilər.

Dağ sarımsağını necə istifadə etməli?

Dağ sarımsağı təbii yolla bitən nadir bitkidir və ümumiyyətlə birbaşa istehlak üçün tövsiyə edilmir. Bunun əvəzinə mütəxəssislərin tövsiyə etdiyi üsullarla qurudulub çay və ya yeməklərdə ədviyyat kimi istifadə oluna bilər. Bundan əlavə, dağ sarımsağından alınan yağlar da sağlamlıq üçün faydalı ola bilər.

Dağ sarımsağı yalnız Türkiyədə bitən endemik növdür və buna görə də təbiətdə toplanması qadağandır. Təbiəti qorumaq və bu qiymətli bitkini gələcək nəsillərə ötürmək məqsədilə onun toplanması və satışı qanunsuzdur və cəzalandırılır. Bu səbəbdən dağ sarımsağının qorunmasına böyük diqqət yetirilir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
11
50
e-saglam.az

10Mənbələr