Pomidor sağlamlıq üçün çox dəyərli bir qidadır və tərkibindəki vitaminlər, minerallar və antioksidantlarla orqanizmə çoxsaylı faydalar təmin edir.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, tərkibində likopen olan pomidor, hüceyrələri zərərli təsirlərdən qoruyur və xərçəng riskini azalda bilər.
Xüsusilə prostat xərçənginə qarşı qoruyucu təsiri məlumdur.
Pomidor dəri sağlamlığını dəstəkləyərək elastikliyi artırır və günəş şüalarının zərərini azaldır.
Kalium və fol turşusu ilə zəngin olduğu üçün ürək sağlamlığını qorumağa, qan təzyiqini tənzimləməyə kömək edir.
Pomidor yüksək su və lif tərkibi ilə həzm sistemini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və mədə turşusunu balanslaşdırır. C və A vitaminləri sayəsində immunitet sistemini gücləndirir və infeksiyalara qarşı orqanizmi qoruyur. Aşağı kalorili və su ilə zəngin olması onu pəhrizdə ideal seçim edir, eyni zamanda toxluq hissi təmin edərək artıq yeməyi azaldır.
Beta karotin və A vitamini tərkibi sayəsində pomidor göz sağlamlığını dəstəkləyir və qocalıqla bağlı göz problemlərinin qarşısını almağa kömək edir. K vitamini və kalsium isə sümük sağlamlığını qoruyur və gücləndirir. Pomidorun gündəlik qidalanmaya daxil edilməsi həm ümumi sağlamlığı dəstəkləyir, həm də xəstəliklərə qarşı qoruma təmin edir. Onun təzə və üzvi formada istehlakı faydalarını maksimum artırmaq üçün tövsiyə edilir.
Tərcümə: Könül Oruc