Jurnalist sosial şəbəkə hesabında yazır ki, Azərbaycanda nazirlik çoxdur. Bütün nazirliklərdə rüşvət, korrupsiya cövlan edir, meydan sulayır.
Amma nədənsə hər kəs Elm və Təhsil Nazirliyindən şikayətlənir. Görünür, bu nazirlikdə baş verən hadisələr barədə insanlar daha çox məlumat alırlar. Axı, elə ailə yoxdur ki, ölkənin elm və təhsil sahəsilə əlaqəsi olan insanlar olmasın. Ona görə də, bu nazirlikdə baş verən hadisələr haqqında insanlar daha çox məlumat alırlar.
Jurnalist özünün facebook səhifəsində daha sonra yazır ki, Elm və Təhsil nazirliyi müəllimləri təhsildə oynatdığı oyuncağa çevirib. Müəllimləri elə pis hala salıblar ki, müəllimlər özləri barədə ikrah hissi keçirməyə başlayıblar. Məktəb şagirdləri üzərindən cürbəcür oyunlar oynanılır. Şagirdlərə qarşı edilən yanlış hərəkətlər cəmiyyətdə yaşayan insanların heysiyyətinə mənfi təsir edir, onların yaşam tərzinin aşağı düşməsinə səbəb olur.
Bu acınacaqla durumdan hər kəs öz nəsibini alır. Nazirlik müəllimlərə dəstək olmaq, onları motivasiya etmək üçün heç bir iş görmür, amma bu məqsədlər üçün dövlətin milyonları mənimsənilir, rüşvət, korrupsuya ayaq açıb yeriyir. Hətta ali təhsil müəssəsinin hazırladığı müəllim kadrlarını birbaşa məktəbə işə yox, test üsuluna cəlb etməklə, həm müəllimləri rüşvət verməyə sürükləyir, həm də, ali təhsi ocaqlarının üzərinə kölgə salırlar. Bu isə, bütövlükdə cəmiyyətin məhv edilməsinə yol açır.
O, daha sonra yazır ki, "müəllim peşəsi müqəddəsdir", "Hər kəs sevdiyi peşə ilə məşğul olsun" və sairə yalan sözlərlə insanları manipulyasiya etmək, aldatmaq daha mümkün deyil. Diplomu da verən də, balları yuxarı qaldırıb, aşağı salan da, təhsili pula satan da, müəllimləri alçaldan da sizsiniz, cənablar.
Siz müəllimləri öz rüşvətxor fəaliyyətinizlə həm aqressivləşdirir, həm də gərginləşdirirsiniz. Müəllim və şagirdlər psixoloji və fizoloji olaraq, əziyyət çəkirlər. İnsanları, elmi, təhsili heçə edirmisiniz. Zənnimcə, ölkədə təhsilə bağlı olan qurumları - ETN, TKTA, MÜTDA, DİM, TİF, ARTİ-ni məlum prinsipləri pozduqlarına görə, məhz cəzalandırmaq lazımdır!
Elm və Təhsil nazirliyi vasitəsilə millətin məhvinə xidmət etmək, xalqımızı savadsız kütləyə çevirən, sürü psixologiyasından istifadə edərək, tam orta məktəblərdə müəllim - şagird - valideyn arasındakı süni problemlər üzərində manipulyasiya edən, əqidəsiz, vicdansız, şəxsiyyətsiz insanlar yetişdirən təhsil verənlər mütləq cəzalandırılmalıdırlar.
Sakit Muradov