AZ

Qaraciyərin dostu 4 qida: Piylənmə və iltihaba qarşı mübarizə aparır

Qaraciyərin dostu 4 qida:

Qaraciyərin sağlamlığı bədənin ümumi funksiyaları üçün vacibdir. Sağlam olmayan həyat tərzi və qeyri-düzgün qidalanma qaraciyərin yağlanmasına və iltihablanmasına səbəb ola bilər.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, müəyyən qidalar isə qaraciyəri qorumağa və onun funksiyalarını yaxşılaşdırmağa kömək edir. Qreypfrut, qaragilə, armud və çuğundur qaraciyər üçün faydalı qidalar arasında yer alır.

Qreypfrut antioksidantlarla zəngindir və qaraciyəri zədələrdən qoruyur.

Qaragilə antosiyanin tərkibi ilə qaraciyər yağlanmasını azalda və hüceyrələri qoruya bilər.

Armud iltihab əleyhinə xüsusiyyətləri ilə alkoqol toksikliyindən qorumağa kömək edir.

Çuğundur və çuğundur suyu isə qaraciyərin oksidləşdirici zədələnməsini və iltihabını azaldır.

Bu qidaların tərkibindəki bioaktiv birləşmələr qaraciyəri zədələnmədən qoruyur və iltihabı azaldır. Sağlam bir pəhrizdə bu meyvə və tərəvəzlərdən istifadə etmək qaraciyər funksiyalarını dəstəkləyə və sağlamlığı yaxşılaşdıra bilər. Bununla yanaşı, sağlam həyat tərzi və balanslı qidalanma qaraciyər problemlərinin qarşısını almaq üçün vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
17
50
e-saglam.az

10Mənbələr