Sosial şəbəkələrdə paylaşılan dəvətnamələrdən biri marağa səbəb olub.
Referans.az bildirir ki, Ajans.az-ın xəbərinə görə, dəvətnamədə “Əziz qohumlarım, bu fani dünyaya nə qədər çox uşaq gətirirsiniz, gətirin. Amma toya gələndə gətirməyin” ifadələri işlədilib. İnsanlar bu dəvətnamənin çox qeyri-adi olduğunu düşünüb.
Bəziləri bu dəvətnamə ilə bağlı aqressiv fikirlər səsləndirib, bəziləri isə uşaqların məclisə aparılmasının həqiqətən də yalnış olduğunu vurğulayıb.