Türkiyənin paytaxtı Ankarada beşmərtəbəli binanın dördüncü mərtəbəsindəki mənzildə yanğın olub.
“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər gəlib və yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində doqquz nəfər tüstüdən zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriblər.
İlkin ehtimala görə yanğına səbəb elektrik sistemindəki nasazlıq olub.
Araşdırma aparılır.