AZ

“Liverpul” Premyer Liqada klub rekordunu yenilədi

İngiltərə Premyer Liqasının “İpsviç Taun”la 23-ü tur ev oyunu (4:1) “Liverpul” üçün bu yarışda klub tarixinin rekordu ilə əlamətdar olub.

Arena.az klubun rəsmi saytına istinadən məlumat verir ki, “İpsviç Taun”la oyunda “qırmızılar”ın doğma stadionu “Enfild”ə 60420 nəfər ziyarətçi buyurub.

Bu da İngiltərə Premyer Liqasında sözügedən klubun mütləq rekordudur.

Bütün yarışlar çərçivəsində isə “Liverpul”un doğma meydanda ziyarətçilərin sayı üzrə rekordu İngiltərə Kubokunun 1951/1952-ci illər mövsümündə “Vulverhemton”la oyuna təsadüf edir. Həmin oyunda “Enfild”in tribunalarına 61905 ziyarətçi toplaşmışdı.

Cari mövsümdə keçirdiyi 22 oyunda 53 xal toplamış bu komanda İngiltərə Premyer Liqasının yarış cədvəlinə başçılıq edir.

Seçilən
3
19
arena.az

9Mənbələr