AZ

İKTA növbəti dəfə ən çox şikayət olunan provayderlərin reytinq cədvəlini dərc edib

İKTA növbəti dəfə ən çox şikayət olunan provayderlərin reytinq cədvəlini dərc edib. Cədvəldə ötən ilin son rübündə ən çox şikayət olunan və müştəri məmnuniyyəti ən aşağı olan provayderlər yer alıb.
Faydalı bir addımdır.

Amma burada incə məqamlar da var.
İKTA-nın müstəqil olmadığı, bazarda isə DÖVLƏT VƏ ÖZƏL provayderlərin olduğu bir halda bu formada reytinq cədvəlləri təqdim etmək, yumşaq desəm ədalətli deyil.
Yəni cədvəldəki məlumatların hesablanma meyarları ağlabatandır, amma dövlət və özəllərdən daxil olan şikayətlərin sayı və bu meyarlar əsasında hesablamalar da güvənli olmalıdır.

İKTA dövlət və özəl provayderlərdən daxil olan şikayətlərin sayı ilə bağlı datanı, xüsusilə də məlumatların hansı formada emal olunduğunu müstəqil ekspertlərə, dövlət və özəl provayderlərin nümayəndələrinə də nümayiş etdirməlidir. Müstəqil nəzarət mexanizmləri də yaradılmalıdır.
Ötən dəfə də təklif vermişdik ki, İKTA retyinq cədvəlini təqdim etməzdən öncə maraqlı tərəflərin iştirakı ilə onun bir təqdimatını keçirməlidir . Məhz bununla da retinqlərin hesablanmasından öncəki datanın doğruluğu və ona uyğun nəticələrin şəffaflığı təmin edilə bilər və obyektivliyinə güvən yaranar.

Qısası, İKTA bu datanın E-şikayət sistemindən generasiyasını maraqlı tərəflərə ağlabatan formada, şəffaf formada təqdim etdikdən sonra onun etibarlılıq və güvənliyindən danışmaq doğru olardı.

Əlbəttə, əgər İKTA MÜSTƏQİL qurum olsaydı, yaxud bazarda birbaşa internet satışı ilə məşğul olan DÖVLƏT provayderləri olmasaydı, güman ki bu tip yanaşmalara ehtiyac qalmazdı.

Daha bir kiçik qeyd.
İKTA bu cədvəldəki 18 provayderin Azərbaycanın internet bazarının 90%-nə nəzarət etdiyini bildirir.
Reallıqda isə elə 5 provayderin tam olaraq bazarın 90%-nə nəzarət etdiyini görmək olur.
Daha çox ictimai əhəmiyyət kəsb edən isə odur ki, dövlət provayderləri internet bazarının neçə faizinə nəzarət edir.

Sonda bir daha vurğulamaq istərdim ki, ictimai nəzarətin təşkili və ictimai qınaq baxımından İKTA-nın müştəri məmnuniyyətinin, ən çox şikayət olunan provayderlərin açıqlanması ilə bağlı addımları mühüm əhəmiyət kəsb edir və təqdirəlayiqdir.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti 

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
16
7
Demokratikmusavat.com

10Mənbələr