Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda hoteldə baş verən yanğında həyatını itirənlərin yaxınlarına zəng edərək təhqir edən 3 nəfər saxlanılıb.
Demokratikmusavat.comAxar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya sosial media hesabında paylaşım edib.
“Millətimizin ağrısını heç kim ələ sala bilməz. Buna cəhd edənlər təkcə xalqımızın vicdanında deyil, qanunlar qarşısında da mühakimə olunacaq”, – nazir qeyd edib.
Xatırladaq ki, oteldə baş verən yanğında ümumilikdə 78 nəfər həlak olub.