Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Pakistanda rəsmi səfərdə olan müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar Mustafayev yanvarın 24-də Komissiyanın həmsədri, Pakistanın müdafiə, müdafiə istehsalı və aviasiya naziri Xavaca Məhəmməd Asiflə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən “Poliqon”a verilən məlumata görə, xarici işlər nazirinin müavini Elnur Məmmədov və Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadovun iştirak etdiyi görüşdə müxtəlif sahələrdə ölkələrarası əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Hər iki ölkənin milli maraqlarının təmin edilməsində Azərbaycan – Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib.