AZ

Tramp Qəzza sektoru sakinlərinin ərəb ölkələrinə köçürülməsini istisna etməyib

Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Qəzza sektorundan evsiz qalan sakinlərin ərəb ölkələrinə köçürülməsini mümkün hesab edir.“Ulusum”.az xəbər verir ki, məlumat ABŞ prezidentinin mətbuat xidmətindən yayımlanıb.Trampın sözlərinə görə, o, artıq bu mövzuda İordaniya kralı Abdullah II ilə danışıb və Efiopiya prezidenti Əbdülfəttah əs-Sisi ilə də müzakirə etməyi planlaşdırır.“İstəyirəm ki, Misir insanları qəbul etsin. <…> Qəzza sektorunda həqiqətən hər şey dağıdılıb, demək olar ki, hər şey. <…> Mən bəzi ərəb ölkələri ilə işləyib, başqa bir yerdə evlər qurmağı planlaşdırıram”, – deyə ABŞ prezidenti qeyd edib.Jurnalistlər Trampdan bu təklifin müvəqqəti həll yolu olub-olmaması barədə soruşublar. ABŞ lideri bu suala cavab olaraq bildirib ki, bu həm müvəqqəti, həm də uzunmüddətli həll variantı ola bilər.Səidə

Diqqət Çəkənlər

ABŞ-da kitabxanadan götürülmüş Ernest Heminqueyin əsəri 56 ildən sonra geri qaytarılıb

Xəzər dənizində zəlzələ olub

Florida sakininin heyvani məhsullarla bəslənməsi sağlamlıq problemlərinə yol açıb

Seçilən
12
8
ulusum.az

10Mənbələr