AZ

Tramp Qəzzadan ərəblərin köçürülməsini istədi – İsraildən ilk reaksiya

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağından 1,5 milyon fələstinlinin köçürülməsini istəyir.

Heftelik.az-ın  ABŞ mediasına istinadən verdiyi məlumata görə, Donald Tramp deyib ki,  o, artıq bu mövzuda İordaniya Kralı II Abdullah ilə danışıb və Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə də məsələni müzakirə etmək niyyətindədir.

İsrailin maliyyə naziri Bezalel Smotriç artıq Donald Trampın Qəzza zolağından 1,5 milyon fələstinlinin köçürülməsi təklifini dəstəkləyib.

İsrailli nazir bunun “böyük fikir” olduğunu söyləyib. O, yaxın gələcəkdə baş nazir Benyamin Netanyahu ilə birlikdə bu ideyanın praktiki həyata keçirilməsi üçün plan hazırlamağa ümid edir.

Smotriçin sözlərinə görə, Qəzza zolağında fələstinli əhalini uzun illər yəhudi dövlətinin əleyhdarları zorla saxlayıb: “Oradan əhalinin köçürülməsi problemi həll etməyin ən humanist yoludur”.

Seçilən
8
8
heftelik.az

10Mənbələr