AZ

Azərbaycan millisi səfərdə San Marino ilə qarşılaşacaq

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının ilkin mərhələsində növbəti oyununu keçirəcək.

Day.Az xəbər verir ki, B qrupunda yer alan millimiz San Marinonun Serravalle şəhərində yeri komanda ilə qarşılaşacaq.

"Multieventi Sport Domus" zalında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Ötən gün ilk matçında Kosovo yığmasına 4:1 hesabı ilə qalib gələn U-19 San Marino seçməsinə məğlub olmasa, qrup birincisi kimi əsas mərhələyə vəsiqə qazanacaq.

San Marino (U-19. Futzal) - Azərbaycan (U-19. Futzal)
26 yanvar, saat 21:00
Timekeeper:
Laurentiu Ilie (San Marino)
Hakim-inspektor: Stefan Weber (Almaniya)
UEFA nümayəndəsi: Maria Mayans (İspaniya)
"Multieventi Sport Domus" zalı

Seçilən
19
30
day.az

10Mənbələr